Haqqımızda

BİZİM ŞİRKƏT HAQQINDA

ARAZPLAST nisbətən cavan firmadır, amma artıq izolyasiya məhsulları bazarında öz yerini tutmuşdur. Biz, köpüklü polietilendən geniş materiallar spektri təqdim edirik.

Bu gün biz inşaatçı və montajçıların izolyasiya materialları və yüksək keyfiyyətli köpüklü polietilenə olan tələbatlarının böyük bir hissəsini ödəmək iqtidarındayıq. Siz texniki xarakteristika və optimal “qiymət/keyfiyyət” nisbətindən çıxış edərək, lazımi material seçə bilərsiniz.

Hal-hazırda bizim məhsul çeşidlərimiz aşağıdakı məqsədlərlə istifadə olunur:

    Divarların, tavanın, dam örtüyünün, çardaq, mansard və zirzəminin qızdırılması;
    Boru kəmərlərinin, su təchizatı və istilik sistemlərində qabların və armaturların izolyasiyası;
    Hamam və saunalrda otaqların izolyasiyası;
    Yeyinti, neft-qaz çıxarma sənayesi sahələrində texnoloji avadanlığın izolyasiyası;
    Minik və yük maşınlarının banlarının izolyasiyası;
    Xalq tələbatı, turizm məhsullarının istehsalı və.s.

“ARAZPLAST” zavodunda hazırlanan yerli istehsal xammalından istifadə olunur ki, bu da son məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə azaldır və eyni zamanda yüksək keyfiyyətli izolyasiya materialları hazırlamaq imkanı yaradır. “ARAZPLAST” zavodunda xammalın hazırlanması zamanı Azeri Light – ən keyfiyyətli netf markalarından biri, istifadə olunur.

Enerji daşıyıcılarının qiymətinin artması, xüsusilə qışda istilik itkisini azaldılması, həmçinin istehsalın tələb olunan texnoloji prosesinin saxlanılması zərurəti yaradır. Ona görə də ucuz, keyfiyyətli və ekoloji cəhətdən təmiz istilik izolyasiyası enerji təchizatının perspektivli istiqamətlərinədən biridir.